7 nəfərin müalicəsi davam edir - Sexdə yananların vəziyyəti

  • 2024.01.22 10:39
  • 786 Baxış
7 nəfərin müalicəsi davam edir -  Sexdə yananların vəziyyəti
15.01.2024-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində 7 nəfərin müalicəsi davam etdirilir.

Bu barədə TƏBİB-dən Medicina.az -a bildirilib.


Müalicə alan 7 nəfərdən 2-nin vəziyyəti ağır stabil, 5 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır. 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Kliniki Tibbi Mərkəzdə də müalicə alan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.