70% qurbanını öldürən ″gizli″ qadın xəstəliyi - Heç bir əlaməti olmur!

  • 2019.01.04 17:51
  • 24632 Baxış
70% qurbanını öldürən ″gizli″ qadın xəstəliyi -  Heç bir əlaməti olmur!

Qadınların kabusu olan yumurtalıq xərçəngi əlamətsiz inkişaf etdiyinə görə daha gec mərhələdə aşkarlanır. Buna görə bu xəstəlikdən sağalma şansı çox azdır. 


Medicina.az-ın xəbərinə görə, onkoloqlar bildirirlər ki, əgər xəstənin yaşı 35-dən çoxdursa, o zaman xəstəlik ilkin mərhələdə aşkarlansa belə onun yaşama müddəti 5-7 il olur. 


Məhz bu səbəbdən qadınlar hər 6 aydan bir transvaginal USM müayinəsindən keçməlidirlər. Bu, əsasən də doğuş zamanı problem yaşayan və ya hər hansı bir xəstəlik keçirən qadınlara aiddir. 


Yumurtalıq xərşənginin ilkin simptomları kolitin əlamətlərini xatırladır.


Bu xərçəng növü əsasən 30 yaşdan yuxarı qadınlarda daha çox rast gəlinir. 


Xəstəlik zamanı aşağıdakı əlamətlər müşahidə dilə bilər:  


Qarnın vaxtaşırı və ya davamlı köpməsi

Qəbizlik, mədə pozuntusu və ya qarında ağrılar

Çanaq bölgəsində davamlı və daimi ağrılar 

Belin aşağı nahiyyəsində ağrılar

Qeyri-ixtiyari sidik qaçırma, sidik ifrazı zamanı ağrı və yanma hissi

Çəkinin azalması 

Daimi yorğunluq hissi 

Cinsi əlaqə zamanı ağrı


Əgər siz də özünüzdə yuxarıda sadalanan əlamətlərdən bir neçəsini hiss etmisinizsə, o zaman təcili olaraq həkimə müraciət edərək USM müayinəsindən keçin. 


Arzu

Medicina.az