72 klinikada nöqsanlar aşkarlandı – Səhiyyə Nazirliyi

  • 2025.11.12 11:14
  • 183 Baxış
72 klinikada nöqsanlar aşkarlandı –  Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin yanvar- oktyabr ayları ərzində 78 stomatoloji klinikada yoxlama keçirib.

Medicina.az Report.az-a istinadən xəbər verir ki, onlardan 72-də müxtəlif nöqsanlar aşkar edilib.

Nöqsanlardan 33-ü lisenziya şərtləri sualı üzrə, 15-i lisenziya olmadan iş və fəaliyyət, 8-i lisenziyadan kənar iş və fəaliyyət, 9-u sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 2-si lisenziya və sertifikasiya şəhadətnaməsi olmadan, lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 5-i isə sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı üzrə aşkarlanıb.