8 aylıq uşağın bronxundan sancaq çıxarıblar

  • 2026.06.26 17:00
  • 105 Baxış
8 aylıq uşağın bronxundan sancaq    çıxarıblar

Yakutskda həkimlər sancağ udmuş səkkiz aylıq uşağı xilas ediblər.


Medicina.az xəbər verir ki, körpə təcili yardım maşını ilə respublikanın Milli Tibb Mərkəzinə aparılıb.

Rayon xəstəxanasının həkimləri yad cismin olduğunu müəyyən ediblər: sancaq əvvəlcə onun traxeyasına ilişib qalıb, sonra sol əsas bronxuna keçib.


"Sancağın plastik başlığı daha çox miqrasiyanın qarşısını alıb. Kəskin yad cisimlər xüsusilə təhlükəlidir: onlar tənəffüs yollarına zərər verir, aşağı bronxial ağaca miqrasiya etməyə meyllidir və çıxarılması çətindir", - endoskopist Maria Pak YSIA-ya bildirib.


Körpənin hazırda vəziyyəti stabildir və müalicəsi xəstəxanada davam edir.


Aygün Musayeva