8 müəllim koronavirusa yoluxdu - Tədris dayandırıldı

  • 2020.09.21 23:31
  • 7464 Baxış
8 müəllim koronavirusa yoluxdu -  Tədris dayandırıldı
Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib.

Bu barədə Təhsil Nazirliyindən Medicina.az-a daxil olan məlumatda bildirilir.

Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.