85 yaşlı kişi yumurta yeməklə necə dirçəldi? - Yapon həkimin metodu

  • 2022.11.16 16:07
  • 1731 Baxış
85 yaşlı kişi yumurta yeməklə necə dirçəldi? -  Yapon həkimin metodu
Yapon həkim Takesi Kurixara sağlamlıq üçün günə çoxlu zülal qəbul etməyi tövsiyə edir.

Həkim bildirir ki, o onlarla yaşlı xəstəsini yumurta yeməklə xilas edib.

“Medicina” xəbər verir ki, həkim 85 yaşlı cansız və artıq üzü ölümə gedən pasiyentinin necə sağaldığını danışıb.


“85 yaşlı qoca klinkaya qəbula gələndə rəngi ağarmış, güclə yeriyirdi. Orqanizmi çox tükənmişdi. Analizində heç bir göstərici yaxşı deyildi. Mən ona zülal vacib olduğunu deyib, ət yeməsini, ət az yeyirsə, heç olmasa günə 5 yumurta yeməyi tövsiyə etdim.

4 aydan sonra onu yenidən gördüm. Rəngi özünə gəlmiş, saçları parlayır, qaməti düzəlmişdi, sanki ayrı adam idi.
Mən ondan soruşanda ki, nə baş verib. O dedi ki, elə siz deyən kimi günə 5 yumurta yeyirəm. Çox yaxşı olmuşam.
Onun bədən həyat enerjisi ilə dolu idi.

İş orasındadır ki, yaşlılarda albumin çox azalır, bu zülal qanın zülal fraksiyasının 60%-ni təşkil edir. Albumin defisiti zamanı yeməkdən faydalı maddələr qanla lazımı yerlərə çatdırılmır, orqanizm tükənir, yaşlılar gücdən düşüb yataq rejiminə keçir.


Bu 85 yaşlı xəstənin də analizində albumin cəmi 3,5 qram idi. Bu isə təhlükəli dərəcədə az idi. Məlum məsələdir ki, günə 5 yumurta yaşlı kişinin qanında məhz albumini qaldırmışdı, bu da qocalıq zəifliyini azaldıb.

Yumurtada ideal amin turşuları var, təsadüfi deyil ki, yumurta canlı quş yetişdirən kapsuldur, deməli, onda orqanizm üçün lazım olan hər şey var.

Bir yumurtada 10 qram təmiz zülal, eləcə də protein var.

O ki, qaldı yumurtanın xolesterini artırıb, damarları tutması mifinə. Biz gərək yumurtaya bu münasibətə yenidən baxaq. Çünki onun ağında sistein var ki, o da pis xolesterini azaldır, sarısı isə lesitinlə zəngindir.

Eləcə də yumurta kalsiumla zəngindir, bu da sümüklərin möhkəmliyi üçün vacibdir.

Gündə 1 yumurta möcüzədir, 5 yumurta isə qocanı gəncləşdirir.

Aygün Musayeva