85 yaşlı neyrocərrah sağlamlıq sirlərini açdı – Piyada gəzmək, minimum ət ....

  • 2020.11.13 15:15
  • 38308 Baxış
85 yaşlı neyrocərrah sağlamlıq sirlərini açdı  – Piyada gəzmək, minimum ət ....


Rusiyanın qocaman neyrocərrahı Viktor Korotin 85 illik yubileyi ərəfəsində sağlamlıq sirlərini açıqlayıb və insanlara sağlam bədən, dəmir kimi möhkəm əsəblər üçün nə lazım olduğunu deyib.

Medicina.az xəbər verir ki, həkim bu yaşında belə gündəlik 1-2 saat təmiz havada piyada gəzmək rejimini davam etdirir. Addımlar iti, energetik olmalıdır.

Bu kardio yük yaradır. Yaş artdıqca ət qəbulunu azaltmaq lazımdır. Mən yoldaşımla həftədə 2 dəfə ət yeyirik, çox olmaz. Mal əti ayda 1-2 dəfə. toyuq əti həftədə 2 dəfə.

Yaşlı insan mal ətini rahat həzm edə bilmir. Ona görə quş əti uyğundur.
Yaşlı adama zülal çox lazım deyil.

Hər gün şorba yeyirik.

Ət az yemək bazarlıq büdcəsinə də qənaət deməkdir və bu pula daha çox meyvə-tərəvəz ala bilərik.

“Hər gün kitab oxumaq lazımdır. Mən oxumağa davam edirəm. hekayələr, roman, qəzet. Bu beyini məşq etdirir”.

Həkim indiki dərman və müalicələrin nəyə görə effekt verməməsinə və pasiyentlərin narazılığına da fikir bildirib:

“Özünüz düşünün. Axı 30 il ərzində çəkən, içən, stres keçirən, pis qidalanan, buket xroniki xəstəliklri olan insanı necə 1 ayın içində sağaltmaq olar? Belə bir dərman yoxdur. Xəstələr başa düşmür ki, onun bu vəziyyətə düşməsinin səbəbkarı həkim yox, o özüdür.

İnsan uşaqlıqdan sağlam həyat tərzində tərbiyə olunmalıdır: Səhər oyanan kimi kontrastlı duş, yüngül gimnastika, gəzmək, qaçış, sağlam qidalanma –bunlar üçün zəngin olmaq lazım deyil.


Xəstəliyi gözləmək lazım deyil. Profilaktika və immuniteti möhkəmləndirmək lazımdır.