Bu ilin yanvar-sentyabr aylarında 905 yol qəzası baş verib.
Medicina.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz az yol-nəqliyyat hadisəsi baş verib.
Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 11,9 faiz azalaraq 1264 nəfər olub. Onlardan 507-si həlak olub, 757-si isə yaralanıb.
Hadisələrin 44,5 faizi gündüz, 42,6 faizi gecə, 12,9 faizi isə toran vaxtı baş vermiş, 30,6 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 85,0 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz azalaraq 353 nəfər, yaralananların sayı isə 16,8 faiz azalaraq 708 nəfər olub.