90 yaşa çatmaq üçün bunu etməlisiz

  • 2022.11.02 16:07
  • 1354 Baxış
90 yaşa çatmaq üçün bunu etməlisiz


Alimlər 90 il ömür sürmək üçün optimizmin vaciblini sübut edən elmi araşdırma aparıb.


"Medicina" xəbər verir ki, Amerikalı alimlər insanın fikri, hissləri, dünyanı qavramalalı, həyata münasibətinin uzun ömürlükdə rol oynadığını açıqlayıb.

Alimlər bildirir ki, optimist, şən insanlar 90 yaşa kimi ömür sürə bilir.

Onlar az stress çəkir, yaxşı yatır, buna görə immunitet və ürək-damar sistemləri sağlamdır.

Optimizm üzrə daha çox bal toplayan insanlarda müxtəlif xəstəliklər daha tez kompensasiya olur, onlar xəstəliyə belə optimistik yanaşır.

Bu adamlar daha yaxşı qidalanır, gəzir, cəmiyyətdə olur, az siqaret çəkir, aktiv yaşayır.

Optimizmin üstünlüyü streslə bacarmaqdır.

Optimistlər problemlərə qapılmır, minnətdarlıq hissi güclü olur. Stresin səviyyəsinin azalması, stress hormonlarının qanda çox dövr etməsinin qarşısını alır.

Çünki uzun müddətli stress ürək ritmini pozur, təzyiqi qaldırır, eləcə də immun sistemi zəiflədir, bu da təhlükəli xəstəliklərə yol açır.

Ona görə də uzun ömür sürmək üçün bacardıqca şən, optimist olmaq lazımdır.

Aygün Musayeva