95 yaşlı çempion qadın sağlam həyatın sirrini açdı

  • 2022.11.02 19:37
  • 525 Baxış
95 yaşlı çempion qadın sağlam həyatın  sirrini açdı


İdman yerişi üzrə Avstaliya çempionu Hizer Li 95 il yaşamasının sirrini açıqlayıb.

"Medicina" xəbər verir ki, Linin əri 20 il əvvəl vəfat edərkən, ölümündən öncə bu vəsiyyəti edib: "İndi bütün gücünü göstərməyin zamanıdır".

Bundan sonra Hizer təqaüdçülərin idman qrupuna qoşulur və sağlamlığının möhkəmləndirilməsinə başlayır.

Daha sonra o yaşlılar arasında qaçışa qoşulur və yarışlarda qalib gəlir.

2011-ci ildə 84 yaşında ikəm bütün ölkə üzrə bir neçə idman növündə keçirilən festivala qoşulur və burda özündən cavanları geridə qoyur.

O, qısa və uzun məsafələrdə idman yerişi üzrə dünya rekordları qırıb.

Qadın uzun ömrün sirrini müstəqil olmaqda, öz gücünə güvənməkdə, orqanizmin fərdi gücünə hesablanmış fiziki yükdə, idmanda görür.

O, bəzən qazandığı pullardan xərçəng fonduna yardım da edir.

Aygün Musayeva