ABŞ-da 50 mindən çox insan koronavirusa yoluxdu - Son sutkada

  • 2020.10.08 16:17
  • 1544 Baxış
ABŞ-da 50 mindən çox insan koronavirusa yoluxdu  - Son sutkada

ABŞ-da son sutka ərzində koronavirusa yoluxma hallarının sayı 50 mindən çox olub.

Medicina.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə federal və yerli hökumət orqanlarının, habelə medianın və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, son gündə COVID-19 xəstələrinin sayı 50 341 nəfər artıb, eyni zamanda 915 xəstə ölüb.

Universitetin son məlumatlarına görə, pandemiya başlayandan bəri həkimlər ABŞ-da 7,5 milyondan çox insanda koronavirusa yoluxma aşkar edib, 211 mindən çox pasiyent ölüb. 2,9 milyondan çox insan xəstəlikdən sağalıb.