ABŞ-da bir gündə virusdan REKORD ÖLÜM

  • 13 Yan 2021 16:23
  • 292 Baxış
ABŞ-da bir gündə virusdan  REKORD ÖLÜM

ABŞ-da koronavirusdan ölənlərin sayı pandemiya dövründə ikinci dəfə dörd min nəfər göstəricini keçərək 4 327-yə çatıb.

Medicina.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu federal və yerli hakimiyyət orqanlarının, habelə medianın və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat verib.

ABŞ-da ilk dəfə bir gündə ölən koronavirus xəstələrinin sayı yanvarın 8-də dörd min həddini aşmışdı, o zaman 4 085 ölüm halı qeydə alınmışdı.

Universitetin məlumatına görə, son 24 saat ərzində həkimlər ABŞ-da 215 805 nəfərdə COVID-19 virusu aşkar ediblər.

Universitetin hesablamasına görə, pandemiya başlayandan ABŞ-da 22,8 milyondan çox koronavirusa yoluxma hadisəsi qeydə alınıb, 380 mindən çox adam ölüb.