ABŞ-da həkimlər koronavirusa qarşı dərman hazırladılar - İki nəfər sağaldı

  • 2020.03.29 11:14
  • 5970 Baxış
ABŞ-da həkimlər koronavirusa qarşı dərman hazırladılar -  İki nəfər sağaldı
ABŞ-da həkimlər koronavirusa çarə olan dərman hazırlayıblar.

Medicina.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşrində yazı nəşr olunub. Həmin yazıda həkimlərin əvvəlki dərmanların qarışığından yeni bir dərman hazırladığı və onun xəstələrə verildiyi qeyd olunur. Onlardan 2-nin vəziyyətinin yaxşılaşdığı bildirilir.

Həkimlər yeni dərmanın ağciyər iltihabını və xəstəliyin ölümə səbəb olmasının qarşısını aldığını deyiblər. İstehsalçı şirkət isə yeni məhsulun təsirlərini görmək üçün 6 həftə vaxt lazım olduğunu bildirib.