ABŞ-da hər 40 saniyədə bir nəfər COVID-19-dan ölür

  • 2020.11.26 10:43
  • 999 Baxış
ABŞ-da hər 40 saniyədə bir nəfər COVID-19-dan ölür

Yoluxma sayının böyük bir sürətlə artdığı ABŞ-da ilk dəfə koronavirus səbəbilə həyatını itirənlərin sayı 2157-yə çatıb.

Medicina.az xəbər verir ki, rəqəmlər ölkədə hər 40 saniyədə bir nəfərin koronavirusdan öldüyünü göstərir. Gün ərzində daha 170 min nəfərin COVID-19 testi pozitiv çıxıb.

Bildirək ki, Amerikada normal şəraitdə hər il Şükranlıq Günü amerikan ailələr bir-birləriylə görüşər və bərabər yemək yeyərdilər. Lakin bu il dövlət rəsmiləri xalqa müraciət edərək, "Gələn il bayramı ailənizlə birgə qeyd etmək istəyirsinizsə, bu ilki tədbiri Zoom vasitəsilə edin",- deyə xəbərdarlıq ediblər.