ABŞ-da koronavirus üçün bu dərmandan istifadə olunacaq - Təsdiq olundu

  • 2020.05.03 15:04
  • 3174 Baxış
ABŞ-da koronavirus üçün bu dərmandan istifadə olunacaq -  Təsdiq olundu
ABŞ Səhiyyə nazirliyinə bağlı Qida və Dərman İdarəsi (FDA) koronavirusun müalicəsi üçün adı hallanan dərmanın – “Remdesivir”in sadəcə təcili vəziyyətlərdə və ümidsiz xəstələrdə istifadə olunacağını açıqlayıb.

Artıq FDA tərəfindən təsdiqlənən dərmanın adı tez-tez Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında da keçir.


Rəsmi açıqlamada qeyd olunub ki, hazırda koronavirusun bilinən və yoxlanılmış hansısa bir müalicəsi olmadığı üçün həyati risk daşıyan xəstəliyin müalicə olunması sözügedən dərmanın potensial əks-təsirlərindən daha vacibdir.