Son sutkada ABŞ-da COVID-19-dan 943 nəfər öldü

  • 24 Okt 2020 14:37
  • 3793 Baxış
Son sutkada ABŞ-da COVID-19-dan 943 nəfər öldü

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 83 757 yoluxma halı qeydə alınıb, 943 nəfər vəfat edib.

Bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, pandemiya başlayandan indiyədək ABŞ-da 8 493 747 nəfər koronavirusa yoluxub.

ABŞ-da 224 min nəfər COVID-19-dan həyatını itirib, 3,4 milyon nəfər isə xəstəlikdən sağalıb.