ABŞ-da yoluxanların sayı 13 milyonu keçdi

  • 2020.11.28 09:39
  • 1231 Baxış
ABŞ-da yoluxanların sayı 13 milyonu keçdi

ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 13 047 202 nəfərə çatıb.

Bunu Con Hopkins Universiteti tərəfindən aparılan hesablamalar göstərib.

Məlumata əsasən, ümumilikdə, ölkədə xəstəliyin törətdiyi fəsadlarından 264 624 nəfər öldü, 4 871 203 nəfər sağaldı. Ən çox yoluxma halı (1 206 248) Texas ştatında qeydə alınıb. Onun ardınca Kaliforniya (1 179 857), Florida (979.020) və İllinoys (705 063) ştatı gəlir.

264 mindən çox ölüm hallarından 34 457-si Nyu-York ştatında qeydə alınıb. Bundan sonra Texas (21 687) və Kaliforniya (19055) ştatları gəlir.