ABŞ-ın Aya göndərəcəyi kosmonavtlarından biri azərbaycanlıdır

  • 15 Apr 2022 15:37
  • 863 Baxış
ABŞ-ın Aya göndərəcəyi kosmonavtlarından biri  azərbaycanlıdır
ABŞ-da Aya göndəriləcək kosmonavt namizədlərindən birinin azərbaycanlı olduğu məlum olub.


Bakupost.az xəbər verir ki, o 42 yaşlı Ələkbər Tərlan oğlu Mirqədirovdur. Ələkbərin Amerikada adı Allendir.

Ələkbər Mirqədirov Bakıda doğulub və 45 saylı tam orta məktəbi bitirib. 1991-ci ildə isə ailəsilə birlikdə Amerikaya köçüb.

San-Dieqo universitetini Aerodinamika üzrə bitirib. 10 ildir ki, ABŞ Kosmik Hərbi Qüvvələrində çalışır.

Ələkbər 2014-cü ildən həm Marsa, həm də Aya göndəriləcək kosmonavtlar siyasındadır.