Abşeron xəstəxanasında endoprotez əməliyyatına başlanıldı

  • 2024.02.10 15:29
  • 727 Baxış
Abşeron xəstəxanasında    endoprotez əməliyyatına başlanıldı

Abşeron Rayon Mərkəzi Xəstəxanasında 78 yaşlı pasiyent üzərində həyata keçirilən bud-çanaq oynağının bipolyar artroplastikası (endoprotez) əməliyyatı uğurla başa çatıb.



"Medicina" xəbər verir ki, yıxılma səbəbilə xəstəxanaya müraciət edən və sol bud sümüyünün boynunun sınığı diaqnozu qoyulan pasiyentdə əməliyyat uğurlu olub.



Həkim-travmatoloq Elcan Mirzəzadə tərəfindən həyata keçirilən bu ağır əməliyyat bu xəstəxanada ilk dəfə icra olunub.


Artıq xəstə ambulator müalicəyə buraxılıb.

Aygün Musayeva