Abşeronda gəncin qarnına dəmir batdı

  • 2026.02.11 16:21
  • 80 Baxış
Abşeronda gəncin qarnına dəmir batdı


Abşeronda yeniyetmənin xəsarət alması ilə nəticələnən hadisə baş verib.

Medicina.az xəbər verir ki, Mehdiabad qəsəbə sakini 2009-cu il təvəllüdlü Kənan Kərimov kənd ərazisində yıxılıb.


Bu zaman yerdə olan dəmir parçası onun qarın nahiyəsinə batıb.
Daxilə nüfuz edən xəsarət almış K.Kərimov xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Hazırda araşdırma aparılır.