Rusiyalı diyetoloqdan arıqlamaq üçün qızıl qaydalarAc qalmayın...

  • 2019.08.01 09:17
  • 7605 Baxış
 Rusiyalı diyetoloqdan arıqlamaq üçün qızıl qaydalar Ac qalmayın...
Rusiyalı diyetoloq Yelena Kalen artıq çəkidən azad olmağın üç sadə qaydasını açıqlayıb.   Medicina.az-ın məlumatına görə, diyetoloq şəxsi "Instagram” hesabında aşağıdakı məslhətləri verib: "Televizora və ya telefona baxa-baxa yemək olmaz. Bu an siz doyduğunuzdan xəbər tutmayacaqsınız və yeməyə davam edəcəksiniz. Bu isə çəkinizin qalxmasına səbəb olacaq”, "Fast-food”, şirniyyat və qazlı içkilərin normadan artıq qəbulu mədəni qıcıqlandırır və "həmişə yemək istəyirəm” hissini yaradır. Qida rasionunuza daha çox tər tərəvəz və meyvələr daxil edin”. "Ac qalmayın. Əgər insan acdırsa və qidadan imtina edirsə, onun orqanizmi ehtiyat toplamağa başlayır. İdeal bədən quruluşunun əsas qaydası – aclığın ilk əlamətlərində onu yatıranadək yemək qəbul etmək. Bu zaman artıq çəkidən birdəfəlik azad olacaqsınız”.