Acqarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır

  • 2020.09.21 19:18
  • 3376 Baxış
Acqarına bir siqaret 10 ədədə bərabərdir   –   Xərçəngə yaxınlaşdırır

Səhər oyanan kimi, ağzına su, yemək almamış, səhər yeməyindən öncə dərhal bir siqaret çəkənlər daha çox zəhərli toksin alır, nəinki yeməkdən sonra çəkdikdə.

Hətta həmin gün heç siqaret çəkməsən də o siqaretin zərəri yetərlidir ki, ağciyər xərçəngi riski artsın.
Medicina.az xəbər verir ki, bu fikrə ABŞ Pensilvaniya kollecinin alimləri tədqiqatları nəticəsində gəliblər.
Tədqiqatda 252 siqaret çəkən iştirak edib.


Alimlər onların gün ərzində siqaret çəkmə qrafikini qeydə alıb və qanda kitonin – tütün markerini yoxlayıblar. Bu maddə ağciyərdə xərçəng yaradan güclü kanserogendir.

Araşdırma göstərib ki,səhər acqarına siqaret çəkənlərdə kotinin səviyyəsi 1180 nq-ml yüksəlib. Kim ki, siqareti oyanandan 1 saat və yedikdən sonra çəkib onlarda bu maddə 74 dəfə az, 16 nq-ml olub. Fərq həddən artıq çoxdur. Bununla belə, qanda kitoninin miqdarı hün ərzində çəkilən siqaretlərin təsirindən azalıb artmayıb.


Ona görə də, əgər gün ərzində cəmi bir siqareti səhər acqarına çəkməniz kifayətdir ki, qanda kanserogen maddə ifrat dərəcədə yüksəlib sizi zəhərləsin. Belə adamlar daha qısa müddətə ağciyər xərçəngi ola bilər.


Eyni zamanda səhərlər siqaret çəkən insanlarda tütün asılılığ daha güclü olur və siqareti tərgitmələri daha çətindir. Çünki qanda tütün markeri həddən artıq yüksəkdir.


Siqareti tərgitmək üçün həkim, psixoloq və xüsusu mütəxəssislərin yardımından istifadə edə bilərsiz.