Adi aspirin xərçəngi necə saxlayır?

  • 2024.05.07 12:00
  • 513 Baxış
Adi aspirin xərçəngi necə saxlayır?

Britaniyalı alimlər aspirinlə bağlı maraqlı kəşf ediblər.


“Medicina” xəbər verir ki, onlar hər gün aspirin qəbul etməyin onkoloji xəstəliklərin inkişafını 60% durdurduğunu sübut edib.


Britaniyada bu dərmanın profilaktik təsiri barədə ən geniş masştablı elmi araşdırması aparılıb.

Tədqiqatlar 16 ölkədə aparılıb və 861 nəfər Linç sindromlu xəstəni əhatə edib. Linç gənc yaşda bağırsaq xərçənginə səbəb olan genetik bir xəstəlikdir.


Pasiyentlərin yarısı gündə 500 mq – 2 tablet aspirin qəbul edib, ikinci qrup isə plasebo içib.

Müşahidələr 2 il davam edib.

2 il sonra aspirin içən qrupdan cəmi 19 insanda xərçəng olub, plasebo qrupundan isə 34 nəfərdə şiş aşkarlanıb.


İllər artdıqca, məsələn, 5-7 ilə bu təsir 63%-ə yüksəlib.

Nəticələr göstərib ki, müntəzəm olaraq, aspirin qəbulu uzun müddətdən sonra xərçəngə qarşı profilaktik təsir göstərir.

Hətta ailə nəsil tarixçəsində xəstəlik olsa da aspirin bu riski 50% azaldıb.

Aygün Musayeva