Ağ Evdə koronavirus qurbanlarının xatirəsi yad edildi - VİDEO

  • 2021.02.24 11:15
  • 1278 Baxış
Ağ Evdə koronavirus qurbanlarının xatirəsi yad edildi -  VİDEO

ABŞ prezidenti Co Bayden xanımı Cill və birinci vitse-prezident Kamala Harris ilə birlikdə ölkəsində sayı yarım milyonu ötən koronavirus qurbanlarını anıb.

Medicina.az xəbər verir ki, bu barədə npr.org kadrlar yayıb.

Bu münasibətlə Ağ Evin pillələri üzərində və eyvanında 500 şam yandırılıb.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden ölkədə koronavirusdan ölənlərin sayının yarım milyona çatması ilə əlaqədar beş günlük matəm elan edib.