Ağ Evin aparat rəhbəri koronavirusa yoluxdu

  • 2020.11.07 13:17
  • 1276 Baxış
Ağ Evin aparat rəhbəri koronavirusa yoluxdu

Ağ Evin aparat rəhbəri Mayk Medouz koronavirus infeksiyasına yoluxub.

"BakuPost".az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. Məlumatı Tramp administrasiyasının iki yüksək çinli əməkdaşı təsdiqləyib.

Qeyd edilir ki, çərşənbə günü Medouz Donald Trampı seçkiqabağı səfərdə müşayiət edib. Məhz həmin gün Ağ Evin aparat rəhbəri tibbi maskasız görünüb.

Medouz Donald Trampın koronavirusa yoluxduğu bəyan ediləndə onun yaxın ətrafına daxil idi. Bu baxımdan bildirilir ki, Ağ Evin aparat rəhbəri gündəli testdən keçməklə normal iş rejimində çalışırmış.

Bundan əvvəl məlumat yayılmışdı ki, vitse-prezident Marka Şortun aparat rəhbəri və digər məsləhətçilər COVİD-19 testindən keçib.