Ağ un orqanizmdə xərçəngə səbəb olur - Hüseyn Abdeh

  • 28 Dek 2021 14:49
  • 697 Baxış
Ağ un orqanizmdə xərçəngə səbəb olur -  Hüseyn Abdeh
Məşhur əczaçı xərçəngə səbəb olan məhsulu açıqlayıb.

Xərçəngin inkişafına səbəb ola biləcək qidalardan biri də ağ undur.

Medicina.az xəbər verir ki, bu barədə məşhur əczaçı Hüseyn Abdeh “Express”ə danışıb və bildirib ki, ağ un kifayət qədər zəhərli xlor qazı ilə ağardılır.

Tez-tez qənnadı məmulatlarının hazırlanmasında və çörək bişirilməsində istifadə edilən un yüksək qlisemik indeksə malik olduğu üçün təhlükəlidir. Onun istifadəsi qanda şəkərin miqdarını və insulin səviyyəsini artırır. Bundan əlavə, bu məhsulda orqanizm üçün faydalı mikroelementlər yoxdur, onlar əsasən emal zamanı çıxarılan buğda dənələrinin qabığında olur.

Amerika Xərçəng Araşdırmaları İnstitutu (AICR) tövsiyə edir ki, şişlərin inkişaf riskini azaltmaq üçün yüksək işlənmiş qidalardan qaçmaq və fiziki aktivliyi izləmək vacibdir. Daimi idman yalnız təhlükəli xəstəliyin qarşısını almağa kömək etməyəcək, həm də bədənin ümumi vəziyyətini yaxşılaşdıracaq. /publika.az/