Ağcabədi rayonunda doğuş zamanı həyatını itirən ananın ölüm səbəbi məlum olub.
Medicina.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 10-u, saat 05:00-da 2005-ci il təvəllüdlü hamilə dəqiqləşdirilməmiş preeklampsiya diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Hamiləliyinin 37-ci həftəsində olan pasiyent 15 dəqiqə ərzində müvafiq müayinə olunduqdan sonra stabilləşdirilərək, təxirəsalınmaz əməliyyata alınıb və boyu 47 sm., çəkisi 2 200 qram olan körpə (kişi cinsli) dünyaya gəlib.
Əməliyyatdan sonrakı dövrdə, saat 06:30-da ananın ürək fəaliyyəti dayandığından müvafiq reanimasiya tədbirlərinə başlanılıb. Həkimlərin çoxsaylı səylərinə və göstərilən yardımlara baxmayaraq, saat 06:45-də bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Hadisə ilə əlaqəli Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Hazırda körpə tibb müəssisəsindədir və vəziyyəti stabil olaraq qiymətləndirilir",