Ağciyər Xəstəlikləri İnstitutunda daha bir şəxs infeksiyadan öldü

  • 2020.02.03 12:08
  • 4767 Baxış
Ağciyər Xəstəlikləri İnstitutunda daha bir şəxs   infeksiyadan öldü
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm olub.

Medicina.az xəbər verir ki, İnstitutdan verilən məlumata görə, 1983-cü il təvəllüdlü Quba rayon sakini 17.01.2020-ci il tarixində reanimasiya şöbəsinə yerləşdirilib.

Ona Ağciyərlərin səpələnmiş vərəmi,infiltrasiya mərhələsi VMB +Vmb, Boyun limfa vəzilərinin vərəmi, xroniki böyrək çatmamazlığı diaqnozu qoyulub. Həkimlərin bütün səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O, ağciyər-ürək çatışmazlığından dünyasını dəyişib.(Unikal.org)