Ağciyərləri gücləndirən qidalar açıqlandı

  • 2026.04.17 16:16
  • 114 Baxış
Ağciyərləri gücləndirən qidalar    açıqlandı


Ağciyərlər əsas böyük cüt orqan kimi düzgün qidalanmaya ehtiyac duyur.


Medicina.az xəbər verir ki, dietoloq Yelena Solomatinanın sözlərinə görə, A vitamini tərkibli qidalar qışda ağciyər sağlamlığını dəstəkləmək üçün ən yaxşı qidalar arasındadır.

Selikli qişaların sağlamlığından məsul olan A vitamini balqabaq, yerkökü və pomidor kimi sarı və ya narıncı meyvələrdə olur. Bu qidalar ağciyər sağlamlığını gücləndirmək üçün çox təsirlidir. Üstəlik, ağciyərlər üçün faydalı olan A vitamininin daha yaxşı mənimsənilməsi üçün istilik müalicəsi və ya soteləmə lazım ola bilər. Məsələn, pomidor qəbul etsəniz, vitaminin daha tam mənimsənilməsi üçün ideal forma tomat pastasıdır.


Solomatina həmçinin təbii donuz piyi - Salo, kərə yağı, xama və yumurta sarısını - əsasən yüksək keyfiyyətli yağ mənbələrini - ağciyər sağlamlığını yaxşılaşdırmaq üçün sağlam qidalar adlandırıb:


"Sürfaktant (ağciyərlərin alveollarını örtən səthi aktiv maddələrin qarışığı) yağdan ibarətdir, ona görə yağlı qidalar vacibdir".

Bundan əlavə, Dr. Solomatina damar divarını gücləndirən qidalar yeməyi tövsiyə edib (bu gücləndirmə ağciyərlərə yaxşı qan axını üçün vacibdir). Dietoloq müxtəlif giləmeyvələr, gavalılar və çuğundur kimi tünd rəngli qidaların adını çəkib.


Aygün Musayeva