“Ağır qəza idi, 2 dəfə əməliyyat olundum” - Binəli Yıldırım

  • 2022.10.27 13:23
  • 1192 Baxış
“Ağır qəza idi, 2 dəfə əməliyyat olundum” -   Binəli Yıldırım
Oktyabrın 20-si Cəbrayılda avtomobil qəzasına düşən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım xəstəxanadan evə buraxılıb.


Medicina.az türk mediasına istinadla xəbər verir ki, siyasətçi jurnalistlərə açıqlamasında bunları deyib:

“Avtomobildə bir neçə dəfə fırlandıq, ağır qəza keçirdik. Qəza nəticəsində başımda cərrahi müdaxilə tələb olunan kəsik var idi. 2 dəfə əməliyyat olundum.

Bundan başqa, körpücük sümüyü ayrılmışdı, bu da həll edildi. 2 qabırğa sınığım var idi, bunlar da zamanla yaxşılacaq.

Azərbaycanda edilən ilk müdaxilənin ardından məmləkətimizə qayıtdıq. Yaxşıyıq, bundan sonrakı müalicəmiz evdə davam edəcək”.