Ağız boşluğundakı bu yaralara diqqət - Xərçəng ola bilər

  • 2020.10.02 15:48
  • 4487 Baxış
Ağız boşluğundakı bu yaralara diqqət   - Xərçəng ola bilər

Son zamanlar daha çox yayılan dil xərçəngi barədə çox insan məlumatsızdır.


Dil xərçəngi yastı örtük toxumalarından ibarətdir və bədxassəli şiş sayılır. Əsasən dilin kənarlarında, nadir hallarda isə dilin altında, kökündə və uc hissəsində əmələ gəlir.

Araşdırmalara görə, dil xərçənginə daha çox kişilərdə və yaşlı insanlarda rast gəlinir. Dil xərçəngi bu xəstəliyin digər növlərinə nisbətən qısa zaman ərzində sürətlə yayılır, metastaz verir.


Ancaq şiş tez aşkar edilərsə və müalicəsi düzgün aparılarsa, xərçəngin qarşısını almaq olar. Dil xərçəngi çox gizli gələn bir xəstəlikdir. Bu xəstəlik çox qısa bir zamanda irəliləyir. Buna görə də erkən aşkar edib, dərhal müalicə etmək insan həyatı üçün önəmlidir

ƏLAMƏTLƏRİ:

Dil xərçənginin əlamətləri özünü təkcə dilin üzərində biruzə vermir. Boğazda meydana gələn şişlər və udqunarkən yanma da bu xəstəliyin xəbərdarlığı ola bilər.


Daha bir əlamət isə ağızdan gələn qoxudur. Ağzınızdan qan tamında dadlar gəlməyə başlayırsa və bu uzun müddət davam edirsə, dərhal həkimə müraciət etməniz lazımdır.


Dil xərçənginin yaranmasına səbəb isə bunlardır:


1. Siqaret;

2. Həddindən artıq spirtli içki qəbulu;

3. Yaxşı oturmayan, damağı incidən diş protezləri;

4. Cinsi yolla yoluxan infeksiyalar...


Lakin həkimlərin dediklərinə görə, dünyada dil xərçənginə yoluxan bir neçə insanda bu səbəblərin heç birinə təsadüf edilməyib.