Ağızda göbələk çoxalanda nələr olur?

  • 2021.12.21 15:55
  • 15801 Baxış
Ağızda göbələk çoxalanda nələr olur?

Ağız göbələyi diabet, kimyaterapiya, radioterapiya sonra immun sisteminin zəifləməsi zamanı yaranan bir xəstəlikdir.

Medicina.az xəbər verir ki, əkim Abdulkadir Özgür dildə yaranan əlamətləri açıqlayıb.
Dildə meydana gələn göbələk xəstəliyi zamanılazım olan ən vacib şeyin ağız baxımıdır. Bu xəstələr bizə ən çox ağızda və dildə ağrı hissi və udma çətinliyi ilə müraciət edirlər. Bəzi xəstələr göbələk səbəbiylə dilin ağarması şikayəti ilə müraciət edirlər. Bundan əlavə, bu xəstələrdə dad pozğunluğu və udma çətinliyi səbəbindən arıqlama müşahidə olunur.

İlk növbədə, ağız qarqara məhlulları ilə müalicə edilməlidir. Ancaq bəzi xəstəliklər yalnız dil və ağızla məhdudlaşmır, həm də farenks, yemək borusu, qırtlaq qədər yayılır. Belə hallarda müalicəyə venadaxili dərmanlar əlavə olunur.

Bundan əlavə, bəzi göbələk növlərində xəstəlik irəliləyir və toxumalarda çürümə deyə biləcəyimiz nekroz yaradır. Bu hallarda toxumalarda nekroz cərrahi yolla təmizlənməlidir.

Ümumiyyətlə, xəstəliyin diaqnozu ağızdaxili müayinə ilə qoyula bilər. Ancaq görünüşü şübhəli olan və ya göbələk müalicəsinə baxmayaraq yaxşılaşmayan xəstələrdə alınan tamponların mikroskopik müayinəsi ilə diaqnoz qoyula bilər.

İmmuniteti zəif olan insanlar ağız baxımına diqqət etməlidirlər. Yeməkdən sonra ağzını bol su ilə yaxalamalı, ağızda yemək qalığı qoymamalı, gündə ən azı 2 dəfə dişlərini müntəzəm fırçalamalıdırlar. Ağızda və dildə yara, rəng dəyişməsi kimi hallarda mütləq həkiminə xəbər verməlidirlər.

Dil göbələkləri ilə tez-tez qarşılaşdığımız bir qrup ağciyər xəstəlikləri səbəbiylə inhalyasiya yolu ilə dərman istifadə edən xəstələrimizdir. Bu xəstələr isə dərmanlardan sonra ağızlarını bol su ilə yaxalamalı və dərman qalıqlarının ağızda qalmasının qarşısını almalıdırlar. Şübhəli hallarda həkimə müraciət etməlidirlər.