Ağrın var, isti su iç –Yüzlərlə xəstəliyin sirli müalicəsi

  • 2020.04.27 17:55
  • 22310 Baxış
Ağrın var, isti su iç  –Yüzlərlə xəstəliyin sirli müalicəsi

Bu deyim qədim Çində məşhurdur. Elə ki, kiminsə mədəsi, başı, ayağı ağrıyırsa, yorğundursa, xəstələnibsə, ona isti su iç deyirlər.

Çinlilər demək olar ki, sudan başqa digər içkiləri qəbul etmir. Şəhərdə, ofisdə, küçədə çoxu yanında bir termos qaynar su gəzdirirlər.

Nəqliyyatda yol gedərkən, metroda ürəkləri sıxılanda, əsəbləşəndə tez bir iki qurtum isti su içirlər.
Hətta ayaqları əziləndə, zədə alanda da isti su köməklərinə çatır.

Medicina.az xəbər verir ki, çinlilərdə isti suya inam qədimdən var. Xüsusən yaşlı çinlilər uzun ömürlülüyün bir sirrini də suda görürlər. 80 yaşlı Çini nənə-babaların necə aktiv olduğunu görəndə hər kəs heyrətlənir.
Bir də çinlilər günortalar 1 saat olsa mürgüləməyi sevir, bu vərdişin iş qabiliyyətini artırdığını bildirirlər.
İşir ortasında belə imkan tapan kimi gözlərini yumub, oturduqları yerdə günorta yuxusunu alırlar.

Təbii ki, onların xüsusi ədviyyatları, hər yeməkdə sarımsağın, zəncəfilin olması da rol oynayır. Orda körpələrin də yeməyinə sarımsaq qatırlar.

Əgər sizin də mədəniz, bağırsağınız, hətta qolunuz ağrıyırsa, yorğunluqdan, stresdən əziyyət çəkirsizsə, bu Çin metodunu sınayın: tez-tez isti su için. Təbii ki, isti deyəndə qaynar su içib qida borusunun selikli qişasını yandırmaqdan söhbət getmir. İsti yəni dili, boğazı yandırmayacaq qədər, bədənə uyğun istilikdən (ilıq yox, məhz isti)söhbət gedir.