Ağrıyan bel və qarına "qrelka" qoymayın - Terapevt

  • 2023.03.28 15:18
  • 2467 Baxış
Ağrıyan bel və qarına "qrelka" qoymayın   - Terapevt
Pasiyentlər bəzən ağrıyan nayihəyə isidici kompress, isti daş,kərpic qoyur, isti su vannası qəbul edir və müxtəlif qızdırıcı mazları çəkirlər. Demək olar ki, bir çoxları daimi olaraq isidiciyə (qrelka) üstünlük verir.


"Medicina" xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının terapevtu İlham Əliyev məlumat verib.

"Bəzi hallarda (qrelka) istifadə sağlamlığa ziyan vura bilər. Belə ki, səbəbi bilinməyən qarın ağrıları, tromboflebit, qanaxmalar zamanı isidicidən istifadə etmək olmaz. İstənilən orqanda bəd və ya xoş xassəli şişlər, kistlər ola bilər:

Qeyd edilən bu səbəblərdən yaranan ağrının aradan qaldırılması üçün həkimə müraciət etmək əvəzinə, həmin nahiyəyə isidici qoymaqla mövcud olan şişlər daha da aktivləşdirilə bilər.

Həmçinin qaraciyər, böyrək, uşaqlıq və yumurtalıq üzərinə diaqnozdan xəbərsiz isidici qoymaq məsləhət deyil. Ona görə də ilk növbədə həkiminizə müraciət edib, yaranan ağrının səbəbini öyrənmək lazımdır".

Aygün Musayeva