Ailədə bir nəfər virusu ağır keçirirsə, digəriləri də yoxlanılmalıdır

  • 2021.03.01 16:41
  • 1123 Baxış
Ailədə bir nəfər virusu ağır keçirirsə,  digəriləri də yoxlanılmalıdır
Pandemiyada xəstəliyi ağır keçirənlərin ailə üzvlərində də oxşan hal yarana bilər.

Medicina.az xəbər verir ki, mütəxəssislər bununla bağlı araşdırma aparıb. Araşdırma daha öncə reanimasiyada yatmış, xəstəliyi ağır və yüngül keçirmiş insanlar üzərində aparılıb. Bu insanlarda mannoz bağlayıcı lektin yolunun problemli və protein sintezinin çox az olduğu, xüsusi ilə də xəstəliyi reanimasiyada keçirən xəstələrdə bu proteinin sintezlənmədiyi, hətta orqanizmdə heç olmadığı ortaya çıxdı. Bununla bağlı aparılan araşdırma beynəlxalq bir jurnalda dərc edildi. Belə ki, ötən günlərdə bir gənc atasının və özünün xəstəliyi çox ağır keçirdiyini deyərək həkimə gedib. Bununla bağlı ailə üzvlərini araşdıran həkimlər, nəticədə atanın heç protein sintez etmədiyini, ananın tamamilə sağlam olduğunu, ancaq hər üç qardaşda qüsurlu protein meydana gəldiyini bildiriblər.