Ailəni saxlayan nədir: intim münasibət, yoxsa...?

  • 2024.04.22 16:38
  • 567 Baxış
Ailəni saxlayan nədir: intim münasibət, yoxsa...?


Əksər ailələr, cütlüklər üçün uzun müddətli münasibətdə qalmaq faktoru seks, intim münasibət yox, temperamentin uzlaşmasıdır.


“Medicina” xəbər verir ki, Beynəlxalq Psixomatik sağlamlıq institutu 1038 cütlük arasında sorğu aparıb.


Rəyi soruşulan kişi və qadınların 70%-i temperamentin uyğunluğuun daha vacib olduğunu bildirib, nəinki cinsi əlaqənin sayı və orqazm.


20% cütlük özünü sadəcə münasibətlərdə xoşbəxt hesab edir, seksual uyğunsuzluq olsa da onların digər temperamentləri uyğun gəlir.


Sorğuya görə, etibar və güvən nikah və münasibətlərin qorunmasında əsas şərtdir. 80% insan əmin idi ki, yoldaşı ona xəyanət etmir. 19% xəyanəti bağışlayacağını bildirib.


“90%boşanmalar çox axmaq, qeyri-ciddi səbəblər üzərindən olur. Sadəcə cütlüklər krizis vaxtı münasibətlər üzərində işləmək istəmirlər.


Bu sorğu göstərib ki, ehtiras nikahın əsas sütunu deyil. Əsas olan dəyərlər və anlayışdır.

Nikah ümumi ruhi maraqlar, sosial dəyərlər və hədəf nöqtələrinin olmasıdır”.

Aygün Musayeva