Akademik Cəmil Əliyev mötəbər elmi jurnala üzv seçildi

  • 2022.09.16 16:28
  • 1326 Baxış
Akademik Cəmil Əliyev mötəbər elmi jurnala    üzv seçildi


Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev Rusiyanın Sankt-Peterburq şəhərində nəşr olunan "Вопросы онкологии" (“Onkologiya məsələləri”) elmi jurnalının redaksiya heyətinin üzvü seçilib.



"Medicina" xəbər verir ki, akademik Cəmil Əliyev 2022-ci il sentyabrın 15-də jurnalın yenilənmiş redaksiya heyətinin ilk iclasında iştirak edib.



"Вопросы онкологии" jurnalında kanserogenezin ümumi prinsipləri, müxtəlif yaş qruplarında bu və ya digər növ kanserogenlərin fəaliyyətinə həssaslığın rolu haqqında məqalələr yer alır. Xərçəngin genetik ötürülməsi mexanizmlərinin öyrənilməsi, bədxassəli şişlərin diaqnostikası üçün müasir immunohistokimyəvi və digər üsulların tədqiqi ilə bağlı məqalələr nəşr olunur. Geniş oxuyucu kütləsinə malik jurnalın ildə 6 nömrəsi dərc olunur.


Aygün Musayeva