Aktiv xəstə sayı 2094 nəfərdir - RƏSMİ

  • 2020.09.03 20:19
  • 2237 Baxış
Aktiv xəstə sayı 2094 nəfərdir -  RƏSMİ
Azərbaycanda bu günədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.

Bu barədə Medicina.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

İndiyədək ölkədə ümumilikdə 36 899 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 264 nəfər müalicə olunaraq sağalıb, 541 nəfər vəfat edib.

Hazırda aktiv xəstə sayı 2094 nəfərdir.