Aktiv zob sümükləri əridir- Qadınların problemi

  • 2023.05.12 15:57
  • 2009 Baxış
Aktiv zob sümükləri əridir - Qadınların problemi
Həddindən artıq aktiv trioid vəzi narahatlıq, ürək döyüntüsü və çəki itkisi kimi problemlər yaradır. Bu da osteoporoz riskini artırır.

Qalxanabənzər vəzinin həddindən artıq işləməsi (hipertiroidizm) qadınlarda kişilərə nisbətən 10 dəfə daha çoxdur.

“Medicina” xəbər verir ki, həkim – endokrinoloq Antonina Quriyevanın sözlərinə görə, immunitet sisteminin qalxanabənzər vəzə hücumu Graves xəstəliyi adlı autoimmun prosesdir.

“Əgər bu varsa, stress, narahatlıq, yuxu problemi və hətta kilo itkisi kimi simptomlarla özünü biruzə verəcək. Üstəlik getdikcə isti və tərbasma hiss edirsinizsə, bunun menopauza əlamətləri də ola biləcəyini düşünə bilərik.

Digər səbəblər arasında müəyyən dərmanlar (məsələn, nizamsız ürək döyüntüsünü müalicə etmək üçün), ətraf mühitin toksinləri (siqaret daxil olmaqla) və vəzin özünün iltihabı ola bilər.

Müalicə olunmazsa, hipertiroidizm zamanla aritmiya, yüksək qan təzyiqi və digər ürək-damar, osteoporoz da daxil olmaqla daha ciddi sağlamlıq problemlərinə gətirib çıxardacaq.

Həddindən artıq aktiv tiroidiniz olduqda, tiroksin (T4) daxil olmaqla, artıq tiroid hormonları istehsal edilir. Bu, həqiqətən maddələr mübadiləsini sürətləndirir və sümük mineral sıxlığının itirilməsi sürətini də artırır. Bu zaman sümüklər getdikcə zəifləyir və kövrəlib qırılır”.

Günay Quluzadə