Aktrisa koronavirusa yoluxdu, vəziyyəti ağırdır

  • 2021.03.01 13:15
  • 1104 Baxış
Aktrisa koronavirusa yoluxdu,  vəziyyəti ağırdır
Türkiyənin ATV kanalında yayımlanan “Bir zamanlar Çukurova” serialının ulduzu Selin Yeninci koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, ekran işində “Saniye” obrazını canlandıran aktrisanın “COVID-19” testinin nəticələri pozitiv çıxıb.

Ev şəraitində müalicə olunan S. Yenincinin vəziyyəti ağırlaşıb. Uzun müddət virusdan sağala bilməyən 33 yaşlı aktrisa təcili olaraq xəstəxanaya aparılaraq reanimasiya şöbəsinə yerləşdirilib.