Aktrisa qardaşının xərçəng olduğunu etiraf etdi

  • 2023.01.23 13:55
  • 2027 Baxış
Aktrisa qardaşının xərçəng olduğunu etiraf etdi

"Deyirdi ki, çox ağrılarım var. Məni yalnız sən yaxşı başa düşə bilərsən. Çünki rəhmətlik qardaşımla onun dərdi bir idi".


"Medicina" xəbər verir ki, bu sözləri aktrisa Vəfa Zeynalova Tünzalə Əliyevanın dəfnində bildirib.

"Heyf Tünzalədən. Heç ölmək istəmirdi. Son günlər telefonla çox danışırdıq. Deyirdi ki, çox ağrılarım var. Məni yalnız sən yaxşı başa düşə bilərsən. Çünki rəhmətlik qardaşımla onun dərdi bir idi. Deyirdi ki, bilirsən bu xəstəliyə görə mən nələr çəkirəm. Nə qədər dözsün bu ağrılara, yazıq qız... Hər dəfə kimisə itirəndə özümə gələ bilmirəm. Allah Tünzaləyə rəhmət eləsin".