Alimlər arıqlada bilən şəkər hazırladı

  • 21 İyn 2022 12:10
  • 593 Baxış
Alimlər arıqlada bilən şəkər hazırladı

Arıqlamağa kömək edəcək, aşağı kalorili qidalar hazırlamaq üçün nəzərdə tutulan dietik şəkər hazırlanıb.

Bakupost.az xəbər verir ki, adi şəkərdən 2000 dəfə şirin olan bu əvəzedici məhsulu Kirov institutunun alimləri hazırlayıb.

Onlar brazzein zülalından yeni şəkər alıblar.

Yeni kəşf şəkərli diabet, gizli şəkər və piylənmə ilə mübarizədə dəstək olacaq.

“Bizim əsas məqsədimiz ən şirin zülalın alıması deyil, alınmış məhsulun dəyərinin aşağı salınmasını həll etməkdir. Birinci mərhələdə biz brazzeinin mutant formalarının genetik konstruksiyasını əldə etdik. Bu saxarozadan 2000 dəfə şirindir. İkinci addım brazzetinin effektiv təmizlənməsi və əlçatan olmasını təmin etməkdir. Bu şəkərdən aşağı kalorili geniş çeşiddə məhsul hazırlamaq mümkün olsun” - deyə Sergey Litvines bildirib.