Alimlər autizmin erkən diaqnostikasının yeni üsulunu tapıblar

  • 2019.01.17 09:51
  • 8745 Baxış
Alimlər autizmin erkən diaqnostikasının yeni üsulunu tapıblar

 

Autizm xəstəliyi son illərdə uşaqlar arasında çox yayılıb. Yaranma səbəbi məlum olmayan bu xəstəlik gec mərhələdə müəyyən olunduqda dümək olar ki, müalicə olunmur. 

 

Medicina.az bildirir ki, erkən yaşda edilən eşitmə testi uşağın gələcəkdə autist olub-olmayacağını müəyyən edə bilər. 


Müasir zamana kimi autizmi 4 yaşında uşağın nitqinin inkişafı ilə təyin etmək olurdu. Amma indi tibb işçiləri uşağın orta qulağının həssaslığını və reaksiya tezliyini uyğun olaraq autizmin əlamətlərini təyin edə bilirlər. Bu üsul autist xəstələrinin səs siqnallarına qarşı həssaslığının artması prinsipinə əsaslanır.

 

Həmçinin eşitmə nitqin inkişafında da əhəmiyyətli rol oynayır. Xəstəliyin erkən diaqnostikasında uşağın beynini elastikliyindən istifadə edərək xəstəliyin əlamətlərini nisbətən aradan qaldırmaq mümkün olur.  


Arzu

Medicina.az