Alimlər qadınlarda xərçəngin yeni əlamətini tapdılar

  • 2023.01.31 17:39
  • 2488 Baxış
Alimlər qadınlarda xərçəngin yeni əlamətini     tapdılar

Londonun İmperial kollecinin alimləri apteklərdən hansı dərmanı almasına görə qadınlarda amansız yumurtalıq xərçəngini öncədən bilməyin mümkün olduğunu təyin edib.

“Medicina” xəbər verir ki, tədqiqatda 300 qadın iştirak edib.

Alimlər onların son 6 ildə apteklərdən ən çox hansı dərmanları aldığını loyallıq kartı ilə təhlil ediblər.

Məlum olub ki, illər ərzində qarın və mədə ağrısı üçün dərman alanların çoxunda son nəticədə yumurtalıq xərçəngi aşkar edilib.

Bu dəyişikliyi diaqnoz qoymazdan 8 ay öncə təyin etmək olur.

90% qadınlar xərçəng olduğunu bilməsə də bəzi simptomları hiss edir.

Əgər yumurtalıq xərçəngi ən birinci dərəcədə aşkarlansa, yaşama şansı 5-7 il arasıdır. 90% halda çox qadınlar 10-15 il yaşayır.

Amma əgər 3-4-cü dərəcədə tapılsa, 12% qadın 5 il ərzində ömrünü uzada bilir.

Əgər qarında şişkinlik, ağrı, sancı, mədə ağrısına bənzər ağrılar olursa və siz bunu ağrıkəsicilərlə tez-tez həll etməyə başlamısızsa, yoxlanmağa tələsin.

Yumurtalıq xərçəngində qadında ağrı, sancı, köp, iştah azlaması, çəki itkisi, üzülmə olur.

Aygün Musayeva