Alimlər yuxulara reklam yerləşdirmək yollarını tapır

  • 2022.10.24 16:27
  • 1472 Baxış
Alimlər yuxulara reklam yerləşdirmək   yollarını tapır
Microsoft alimlərlə birgə insan yuxusunda da reklam görünməsi üçün elmi araşdırmalara başlayıb.

"Medicina" xəbər verir ki, Harvard Universitetinin alimləri 66 tələbə üzərində araşdırma aparıb.

Tələbələrdən bir mövzu seçməkləri və 1 həftə boyunca yatmazdan əvvəl bu barədə düşünməkləri istənilmişdi. Sonda məlum olub ki, tələbələr həmin mövzu ilə bağlı yuxu görüblər.


“Coors” şirkəti 18 nəfər iştirakçı ilə birlikdə belə bir araşdırma aparmışdı. Yuxuya getmədən əvvəl onlara 90 saniyəlik video göstərilib. Videoda dağlar, şəlalər, sərin görüntülər və “Coors” pivəsi göstərilib. İştirakçıların bəziləti də yuxusunda Coors” pivəsi gördüyünü bildirib.

İndi alimlər xüsusi metodla yuxudan əvvəl lazım olan informasiya və ya şirkətin görüntülərini insanlara göstərib, yuxuda da həmin görüntüləri təkrarlamaq üçün tətbiq üzərində çalışır.


Aygün Musayeva