Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alış-veriş arabaları təhlükəlidir, uşağınızı oturtmayın - Xəbərdarlıq

  • 2025.05.01 23:24
  • 147 Baxış
Alış-veriş arabaları təhlükəlidir, uşağınızı oturtmayın -  Xəbərdarlıq

Alış-veriş edərkən bir çox insan uşaqlarını səbətin oturacağında otuzdurur.

Medicina.az xəbər verir ki, lakin mütəxəssislər gigiyena və təhlükəsizlik baxımından ciddi xəbərdarlıqlar edir.

Uşaqlarını ayaqqabıları ilə səbətdə oturmasına icazə verənlər, bilmədən sağlamlıqlarını riskə atırlar.

Bu məqamda alimlər valideynləri yaxından narahat edən xəbərdarlıqlar edirlər. Belə çıxır ki, bu oturacaqlar həm sağlamlıq, həm də təhlükəsizlik üçün risk yaradır.

Alimlər uşaqları ayaqqabılı oturmasına icazə verilməməsi barədə xəbərdarlıq edərək, onların bakteriya, göbələk və zərərli patogenlərlə dolu olduğunu və bu çirkləndiricilərin birbaşa alış-veriş səbətindən paltarlara keçə biləcəyini bildirir.



Gigiyena problemindən başqa, alış-veriş arabalarında oturan uşaqlar üçün fiziki təhlükəsizlik riskləri də göz ardı edilə bilməz.

Qraz Universiteti Xəstəxanasından verilən məlumata görə, təkcə 1990-1998-ci illər arasında arabalardan yıxılaraq yaralanan 138 uşaq müalicə olunub. Üstəlik, bu xəsarətlərin bəzilərinin kəllə-beyin travması kimi ciddi nəticələri də var idi.

Səlahiyyətlilər ailələrə xəbərdarlıq edir ki, həm gigiyena, həm də təhlükəsizlik baxımından uşaqların ayaqqabıları ilə alış-veriş arabalarında oturmasına icazə verilməməlidir və mümkünsə arabaya ümumiyyətlə buraxılmamalıdır.

Aygün
Medicina.az