Alkoqol qəbul edən koronaviruslu xəstələrin çoxu ölüb –STATİSTİKA

  • 2024.03.02 10:24
  • 511 Baxış
Alkoqol qəbul edən koronaviruslu xəstələrin çoxu ölüb – STATİSTİKA
Covid-19 pandemiyası zamanı həddindən artıq alkoqol istehlakının kütləvi ölümlərə səbəb olduğu açıqlanıb.

Medicina.az xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) yeni hesabatına görə, 2020-2021-ci illərdə həddindən artıq alkoqol istehlakı səbəbindən gündə təxminən 488 ölüm baş verib.

Hesabatda deyilir ki, həddindən artıq spirtli içkilərdən istifadə nəticəsində ölənlərin sayı 2016-cı ildən 2021-ci ilə qədər 29%-dən çox artıb. 2016-2017-ci illərdə alkoqoldan 137 927 ölüm olduğu halda, 2020-2021-ci illərdə bu rəqəm 178 307 olub.

Alkoqoldan ölüm hallarının artması bütün yaşlarda müşahidə edilir. Ölənlərin çoxu kişilərdir. Lakin son illərdə alkoqol səbəbilə ölən qadınların sayı da sürətlə artır.

2016-2017-ci ildən 2020-2021-ci ilə qədər qadınlarda həddindən artıq alkoqol istifadəsi səbəbindən ölümlər təxminən 35% artıb. Kişilərdə isə alkoqollu içkidən ölüm hallarında eyni dövrdə təxminən 27% artım müşahidə olunub. Bu ölümlərin əksəriyyəti spirtin səbəb olduğu xroniki xəstəliklərlə bağlı olub.

Keçmiş araşdırmalar insanların pandemiyanın ilkin mərhələlərində daha çox spirtli içki və əsasən də şərab aldığını aşkar etmişdi. Bunda alkoqolun orqanizmi viruslardan qoruduğuna dair yanlış inancların da rolu ola bilər.

Digər araşdırmalar göstərib ki, 35-50 yaş arası böyüklər arasında spirtli içki içmə halları son on ildə digər on illiklərlə müqayisədə daha yüksəkdir.

Gül