Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alkoqolizmin ilk 7 əlaməti – Narkoloqdan açıqlama

  • 2024.11.06 20:14
  • 1865 Baxış
Alkoqolizmin ilk 7 əlaməti  – Narkoloqdan açıqlama
Alkoqolizm, içki asılılığı, əyyaşlıq narkomaniya kimi xəstəlik və asılılıqdır.


Onu ilkin mərhələdə aşkar etmək çox vacibdir. Xəstələr tədricən dozanı artırır, yaddaşında pozulmalar baş verir.


“Medicina” xəbər verir ki, psixiatr-narkoloq Ruslan İsayev ilk simptomları açıqlayıb.


“Birinci mərhələ üçün xəstə içki olan məclis, ad günü, bayramları və ya işdən sonra axşamı səbirsizliklə gözləyir, bir dəfədə dozanı keçən dəfədən bir qədər artırır.


Doğmaları onda aqressiya, içkidən sonra həyəcan, yuxululuq və getdikcə yaddaşında qısa qapanma kimi, tibdə alkoqol palimsestləri müşahidə edə bilər.


Digər göstərici qusma refleksinin itməsidir. Sağlam şəxslər böyük doza və zəhərlənmədən qaytarır, amma alkoqoliklərdə zamanla bu itir və o, zəhərlənsə belə qusmur.


Ailəsinin təkidi ilə içkini tərgitmiş kimi davranır, 2 həftə dözür, lakin sonra istənilən təklifə qarşı dayana bilmir və alkoqolu dadır.


Bu simptomlar onu göstərir ki, burda artıq iradə rol oynamayacaq, xəstə narkoloqa, psixiatra müraciət olunmalıdır. Effektiv müalicə metodları var”.


Aygün Musayeva