Allergiya ilə səhv salınan xərçəng növü – Onkoloqdan şok

  • 2023.06.13 19:11
  • 887 Baxış
Allergiya ilə səhv salınan xərçəng növü  – Onkoloqdan şok

Milyonlarla insan müxtəlif növ allergiyalardan əziyyət çəkir, lakin ehtimal olunan simptomlar əslində, daha pis xəstəlikdən ola bilər.


“Medicina” xəbər verir ki, həkim – onkoloq Andrey Vorobyevun sözlərinə görə, burun və sinusların xərçəngi xəstəliyin "nadir" formasıdır.

Şiş burun boşluğuna (burun arxasındakı boşluq) və paranazal sinuslara (burun içərisində hava ilə dolu kiçik boşluqlar, yanaq sümükləri və alın) təsir edir.

Xərçəng limfa düyünlərinə, bədən boyunca maye və tullantı məhsulları çıxaran vəzilər şəbəkəsinə yayılır. Burun və sinus xərçənginin ən çox g örülən əlamətlərindən biri də keçməyən burun tutulmasıdır. Bu, allergik rinitlə səhv salınır.


“Xərçəngin digər ümumi əlamətlərinə aşağıdakılar daxildir:

Burun qanaxmaları
Qoxu hissi azalır
Burundan axan irinli qanlı maye
Maye burun və boğazın arxasına axır.



Bu simptomlar soyuqdəymə və ya sinusit kimi daha ümumi və daha az ciddi xəstəliklərə bənzəyir.

Əksər xərçənglərdə olduğu kimi, burun və sinus xərçənginin simptomları daha şiddətli ola bilər. Sonrakı mərhələlərdə bu, qismən görmə itkisinə, boyundakı limfaların şişməsinə və üzdə ağrıya səbəb ola bilər.

İnkişaf etmiş burun və sinus xərçənginin digər simptomları bunlardır:

  • Üzün, xüsusən də yanağın yuxarı hissəsində keçməyən uyuşmalar
  • Boyunda şişkin limfalar
  • İkiqat görmə
  • Bir qulaqda ağrı və ya təzyiq
  • Üz, burun və ya damaqda davamlı şişlik və ya böyümə.

Günay Quluzadə