Allergiyalardan necə azad olmalı?- Alman preparatları

  • 2023.05.10 15:00
  • 2569 Baxış
Allergiyalardan necə azad olmalı? - Alman preparatları
Dünyada bir çox insan allergiyadan əziyyət çəkir. Bu vəziyyət günü-gündən artır. Allergiyaların artmasında steril həyat tərzinin mühüm rol oynadığı son zamanlar vurgulanır.


"Medicina" xəbər verir ki, allergiyaların bir növü də mövsümi allergiyalardır. Bu əsasən kif və polen kimi bəzi xarici amillərə qarşı həddindən artıq reaksiya nəticəsində baş verir.

Mövsümü allergiya əsasən özünü burun, boğaz və gözlərdə olan simptomlarla göstərir.

Mövsümü allergiyanın ilkin əlamətləri:

• burnun axması,
• tez-tez asqırmaq
• çətinləşən tənəffüs
• gözlərin qaşınması və sulanması
• dərinin qızarması və qaşınması
• başağrısı
• təngnəfəslik və s.


Mövsümi allergiyalar bir neçə il allergenə məruz qaldıqdan sonra inkişaf edir, buna görə də 2 yaşdan kiçik uşaqlarda nadir hallarda müşahidə olunur. Diaqnoz üçün tipik yaş təxminən 4-6 yaşdır. Simptomlar adətən gec uşaqlıq və yeniyetməlik dövründə pik həddə çatır, sonra yetkinlik dövründə yox olur.

Yaz və payız aylarında mövsümi allergiyalara tez-tez rast gəlinir. Bu, ağaclardan və çiçəklərdən yayılan tozcuq və kif göbələklərinin yazda və payızda küləklə daha geniş ərazilərə yayılması ilə bağlıdır.

Bəzən adi soyuqdəymə ilə mövsümi allergiyaları ayırd etmək çətin ola bilər. Burada ipucu adətən simptomların müddətidir. Allergiya adətən iki həftədən çox davam edir, soyuqdəymə isə yalnız bir neçə gün davam edir.


Uşağınızda mövsümi allergiyalar olduğunu düşünürsünüzsə, allerqoloqa müraciət edin. Mövsümi allergiyalarda ən yaxşı müalicə allergendən uzaqlaşmaqdır. Amma bu, hər zaman mümkün olmur.

Biotənzimləyici terapiya baxımından yanaşsaq, hər hansı bir xəstəliyin əmələ gəlməsi orqanizmin biotənzimləmə mexanizminin pozulması ilə bağlıdır. Bu pozulmaya drenaj-detoksikasiya orqanlarının yüklənməsi və yaxşı fəaliyyət göstərə bilməməsi, ağır metallarla yüklənmə, stress, qeyri-düzgün qidalanma, bağırsaq keçiriciliyinin artması, disbioz və s. şərait yaradır.

Məhz, biotənzimlənməni pozan amillərin aradan qaldırılması xəstənin müalicəyə daha tez tabe olmasına, daha uzun müddətli remissiyaya və sağalmaya kömək edir.


Almaniya istehsalı olan Adrisin + ProSymbioflor allergiya əleyhinə preparatdır.

• ADRISIN® çoxkomponentli və çoxhədəfli biotənzimləyici preparatdır.Biotənzimləyici ADRISIN® preparatı allergiyaların həm profilaktika, həm müalicəsində geniş istifadə olunur.

Preparat qəbuluna potensial allergenlərin çiçəkləməsindən 4-6 həftə əvvəl başlamaq və bütün mövsüm dövrü davam edilməlidir.

Adi doza - gündə 3 dəfə 1 tablet - orqanizmi allergenlə kontakta hazırlamağa və daha sonra, yəni kontakt olduqa yaxşı dözməyə imkan verir. Allergiya əlamətləri artıq ortaya çıxmışsa, ilk iki gündə Adrisin® hər 1 saatdan bir - 1 tablet, yəni gündə 12 tablet qəbul edilir, sonra adi dozaya keçilir.

ProSymbioflor
- Tənəffüs sistemi və həzm traktı, dəri xəstəliklərində həddən artıq yüksəlmiş immun-iltihabi (allergik) reaksiyaların qarşısını alır.

Aygün Musayeva